Lənkəran inanclıları Xocalı Soyqırmını andı
Xəbər verildiyi kimi 26 fevral Xocalı qurbanlarının 22-ci il dönümüdür.Bununla bağlı Lənkaranda anım mərasimi keçirilib.
Cenubnews.com İnternet Qəzeti xəbər verir ki,ilk öncə şair-məddah Kərbəlayi Şəhriyar "Qurani-Kərim" tilavəti ilə tədbiri başlayıb.Məclisdə tanınmış ruhanilər Hacı Seyyid Elman Ağazadə, Hacı Seyyid Nazim Ocaqov, Kərbəlayi Rövşən Şərifzadə, Hacı Ramin Əkbərli, Kərbəlayi Əliqismət və çox sayda Lənkəran möminləri iştirak edirdi.
Sonra İlahiyyatçı-alim Seyyid Elman Ağazadə Xocalı Soyqırımı ilə bağlı həmçinin indiki zamanda Suriyada müsəlmanlara qarşı törədilən vəhşiklərdən tədbir iştirakçılarına aşılayıb.Daha sonra Qarabağ qazisi Mais Sadıxov qarabağda törədilən qətliamı bir daha Lənkəran möminlərinin diqqətinə çatdırıb.
Sonda tədbir cəmlə həlak olanların əziz xatirəsinə Fatihə surəsi oxunduqdan sonra yekunlaşıb.
Cenubnews.com İnternet Qəzeti tədbirdən hazırlamış video sizlərə təqdim edir: