Cəbhədə gedən ağır döyüşlərdə Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr vurmaqda davam edir.
Milli.Az axar.az-a istinadən bildirir ki, son bir neçə gündə Ermənistan ordusu yüzlərlə itki verərək geri çəkilir.
"Azadlıq" radiosunun Ermənistan bürosu Ağdərədə yerləşən xəstəxananın görüntülərini çəkib. Kadrlardan da aydın olduğu kimi, təcili yardım maşınları ilə xəstəxanaya onlarla yaralı və ölü erməni əsgəri daşınır. Kadrlardan birində erməni əsgərinin meyitlərilə dolu hərbi maşın birbaşa xəstəxananın həyətinə daxil olur.
Hazırda da ermənilər təmas xəttində yığılıb qalan meyitləri xəstəxanlara daşımaqda davam edirlər. (Milli.Az)