.Aşağı Əskipara yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağın ətəyindədir. Kəndin tarixinin Albaniya dövlətinin yaranma tarixi ile üst-üstə düşdüyü təxmin edilir.Yəni eramizdan əvvəl 3. minilliyi əhate edir.Bunu kənddə yerləşən alban kilsəsi də sübut edir. "14 iyun Qazax rayonunun Aşağı Əskipara kəndinin işğalı günüdür. Həmin gün kənd ciddi itkilər verib, şəhid verib. Nə qədər qəribə olsa da, bu işğal günündə rayon səviyyəsində bir tədbirdə olmur "Döyüşçülərə, işğal hadisəsinə bu cür saymazyana münasibətlə cəmiyyətdə onsuz da zəifləyən vətənpərvərlik duyğularını tam öldürürlər. "Qurtuluş" adlandırılan bayramı bu cür təmtəraqla keçirməklə Aşağı Əskipara camaatına, orada həlak olan döyüşçülərimizə hörmətsizlik nümayiş etdirilir", - deyə Fəzail Əliyev vurğulayıb. İşğal olunmuş ərazilərdən 6.500 nəfər məcburən köçkün düşmüşdür. Hazırda 699
kv.km ərazisi olan Qazax rayonunun 75 yaşayış məntəqəsinin təxminən 8%-i işğal olunmuşdur.