Artıq 6-cı dəfə təşkil olunan tədbir möhtəşəmliyi ilə əvvəlkilərdən fərqlənib. Tədbirə ictimaiyyət nümayəndələri ilə yanaşı, dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, Azərbaycanın xarici ölkələrdəki diasporlarının nümayəndələri və beynəlxalq təşkilatların əməkdaşları da qatılıblar. Nar bayramında Göyçay rayonunun kəndlərində
yetişdirilən müxtəlif nar sortlarından ibarət sərgi yerli və xarici qonaqların marağına səbəb olub. Tədbir iştirakçıları nardan hazırlanan müxtəlif adda məhsulların dadına baxıblar. Nar bayramının ən maraqlı məqamlarından biri Göyçayda yetişən ən böyük narın seçilməsi olub.
Müsabiqədə rayonun Dövranlı, Alxasava, və Aşağı Qaraməryəm kəndlərində yetişən 3 narın sahibi qalib olub. Qaliblərin hər birinə 100 manat dəyərində pul mükafatı verilib. Qeyd edək ki, səhər saatlarından başlayan tədbir geniş konsert proqramı ilə gün ərzində davam edib.