Cəbhənin Ağdam istiqamətində, Çəmənli kəndinin ərazisində təmas xəttini pozan Ermənistan tərəfinə məxsus vertolyotun vurulması yəqin ki, ən azından yaxın bir həftədə gündəmi zəbt edəcək hərbi, hərbi-siyasi mövzu olacaq. Hesab edirəm ki, bu Azərbaycanın xeyrinə olan bir hadisədir və biz bundan maksimum istifadə etməliyik.