Oktybarın 17-si Prezident İlham Əliyev Naftalan şəhərinə səfərə gəlib.
Dövlət başcısı və xanımı Mehriban Əliyeva “Naftalan Hotel by Rixos” otelinin yeni korpusunda yaradılan şəraitlə tanış olublar. Həmçinin, dövlət başcısı Naftalanda “Qarabağ SPA and Resort” otel kompleksinin açılış lentini kəsib. Daha sonra, otelin əməkdaşları ilə tanış olan dövlət başcısı otelin açlışı münasibətilə kollektivi təbrik edərək, Naftalanda belə yüksək səviyyəli xidmət müəssisəsinin istifadəyə verilməsinin həm şəhərin gözəlləşməsinə, həm də, bura turist axınının güclənməsinə xidmət etdiyini vurğulamışdır.