Elnarə Abdullayeva Nəvə 2019
Mus.Asif Kərimov
Söz.Sərvər Şahbəyli
Mahnı sözləri
Ot kökü üstə bitər deyiblər
Övlad gözün nurudu söyləyiblər
Çox qədim məsəldi dövlətdə dəvə
Övlada ən şirin olandı nəvə
Babanın ağ atlı balası nəvə
Sevinci həyatı nəfəsi nəvə
O qədər sevilir eldə obada
Baxıb fəxr eləyir ata babada
Atanın ananın gözünün nuru
Qardaş bacıların olub qururu
Babanın nənənin sevinci nəvə
İncilər içində birinci nəvə
Babanın ağ atlı balası nəvə
Sevinci həyatı nəfəsi nəvə
O qədər sevilir eldə obada
Baxıb fəxr eləyir ata babada
Çox bağlıdı öz yurduna soyuna
Ellər gəlib bu gün onun toyuna
Hərə öz arzusun söyləyir ona
Ulu yurdumuzun igid oğluna
Babanın ağ atlı balası nəvə
Sevinci həyatı nəfəsi nəvə
O qədər sevilir eldə obada
Baxıb fəxr eləyir ata babada
DİQQƏT!
Kopyalamaq qəti qadağandır!
Bu kanal rəsmi olduğu üçün müğənniyə məxsus olan bütün mahnı, klip və videoların müəllif hüquqları kanalımız tərəfindən qorunur.