Prezident İlham Əliyevin Türkiyəyə yönəlik dünənki jesti gündəmə damğa vurdu. Ümumiyyətlə, Türkiyənin nüfuzlu CHP, İYİ Parti, MHP kimi partiyaların Qarabağ məsələsində mövqeyi necədir? Onlar da işğalçının burnunu birlikdə ovmağa hazırdırmı? Tutaq ki, sabah TBMM - də Qarabağda savaşa qatılmaqla bağlı təzkərə çıxarılası olsa parlamentdə qərar yekdilliklə qəbul olunacaqmı?
Türkiyə siyasi səhnəsini və cəmiyyətinin ovqatını yaxşı bilən tanınmış siyasi şərhçi Qafar Çaxmaqlı Moderator.az-ın bu suallarına cavabında deyir ki, işğalçını torpaqlarımızdan qovmaq üçün tarixi şans yaranıb və Türkiyə-Azərbaycan qardaşlığı bu işğala son qoyacaq: