İki-üç yaşlı uşaq dil dərsi almadan böyüklər kimi necə cümlələr quraraq danışmağa başlayır?
Danışmaq üçün bədənimizdə hansı proseslər baş verir?
Necə olur ki, zehnimizdəki düşüncələrimiz sözlərə və cümlələrə çevrilir?
Hər insan müəyyən yaşa çatdıqda danışmağa başlayır. Təxminən hər kəs eyni yaşlarda danışmağa başladığına görə, bu vəziyyət normal görünür. Bu səbəbdən, bəzi insanlar danışmağı adi qabiliyyət kimi qəbul edir və üzərində düşünmür. Halbuki uşağın heç nə bilmədiyi vaxtda birdən-birə danışmağa başlaması böyük möcüzədir. Çünki ən sadə hesab edilən dillərdə belə sözlər kompleks dilçilik qanunları əsasında işlədilir. Dilçilik qanunları isə sözlərə cümlə tərkibində müxtəlif mənalar qazandıran riyazi əlaqələrdir.
Danışmazdan əvvəl körpələrin beynindəki hazırlıq
Körpələr təqribən 8 aylıq olduqda bütün dillər arasındakı səsləri ayırd edə bilirlər. Danışmağı öyrənməzdən əvvəl isə beyinləri ətraflarındakı səsləri qavramağa başlayır. Beyindəki bu keçidin necə baş verdiyi hələ elmə məlum deyil.
Vaşinqton Universitetində aparılan bir tədqiqat nəticəsində 7-11 aylıq körpələrdə danışıq səslərini əlaqələndirən beyin sahələrinin reaksiya verdiyi görülmüşdür.
Tədqiqat körpənin beyninin danışmağa başlamazdan əvvəl uzun söz əmələ gətirəcək şəkildə necə zəmin hazırladığını göstərir. Bu isə inkişaf üçün keçidə təsir edir.
Körpələrin çoxu 7 aylıq ikən tək-tük sözlər deməyə başlayır. Ancaq bir yaşına keçənə qədər ilk sözlərini deyə bilmirlər. Sadəcə dinləyərkən belə körpələrin beyinlərinin hərəki bölgələrində aktivləşmə olması çox önəmlidir. Çünki bu aktivləşmə sayəsində 7 aylıq körpələrin beyni geridən başa doğru danışılanları təkrarlayır və sözləri demək üçün doğru hərəkətləri etməyə çalışır. Bu sayədə körpələr sözlər deyə bilir.
Təcrübədə körpələr beyin aktivliyini ölçən beyin cihazına oturdulublar. 5, 7, 11 və 12 aylıq hər körpəyə yerli və xarici dildə “da” və “ta” kimi hecalar dinlədilib. Beyin hərəkətləri tədqiqatçılar tərəfindən qeyd edilib. Bundan əlavə, körpələrə ingilis və ispan dillərində səslər də dinlədilib. Tədqiqatçılar bu zaman beyinin eşitmə bölgəsində, broka mərkəzində və beyincikdə aktivlik müşahidə ediblər.
Motor hərəkətlərini planlaşdıran beyin qabığı körpələrin nitq qurmasında mühüm rol oynayır.
Yeddi aylıq körpələrin ana dili olan ingilis dilindən başqa xarici dil olan ispan dilini eşitdikdə də beyində aktivlik meydana gəlmişdir. Bu tədqiqat körpələrin erkən yaşlarda daha əvvəl eşitdiyi və ya eşitmədiyi hər səsə reaksiya verdiyini göstərir.
Tədqiqatçılar “Salam” və “necəsən?” ifadələrindən, yavaş və ibarəli sözlərdən istifadə ediblər, körpələr bu ifadələri və sözləri sintezləməyə çalışıblar. Eşitdiklərini müxtəlif səslər çıxardaraq təqlid ediblər.
Körpələr deyilənlərə cavab qaytarmasalar da, tədqiqatlar onlarla danışmağın nə qədər vacib olduğunu göstərmişdir. Körpələr hələ bir kəlmə belə danışmazdan əvvəl beyinləri onları gündəlik həyatdakı nitqə hazırlayır.
Körpələr hələ danışa bilmədən beyinlərinə söz əmələ gətirmək üçün lazımi əmri Allah verir. Elm adamlarını düşündürən digər maraqlı cəhət isə körpələrin beyninin həmin yaşlarda hər dildə danışılan səsə reaksiya verməsidir. Həqiqətən, bu, böyük möcüzədir. Allah bir ayədə bu qüsursuz sistemi belə bildirir:
O, Xaliq, yoxdan yaradan, surət verən Allah`dır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir. (Həşr surəsi, 24)