12+
1930-cu illər. Ucqar bir kəndə işləməyə gələn gənc qadın müəllim Almaz burada yeni quruluşun inkişafı və möhkəmləndirilməsi yolunda maneələrlə qarşılaşır.
“Almaz” filmində dialoqlar ara titrləri (yazı) vasitəsilə verilir. Filmdə hadisələri musiqi müşayiət edir. Film üçün xüsusi müsiqi bəstələndiyinə görə bəzi mənbələrdə “Almaz” səsli film kimi də göstərilir.
Filmin natura çəkilişləri Şamaxının Dədəgünəş kəndində aparılıb. Məktəbin həyəti səhnəsi kinofabrikin həyətində, məscid səhnəsi Maştağada çəkilib.
Filmə Cəfər Cabbarlı özü quruluş verməli idi. O, hətta filmin çəkilişi ilə bağlı bütün hazırlıq işlərini də görüb başa çatdırmışdı. Lakin qəfil ölüm onun bu işini yarımçıq qoydu.
Film Cəfər Cabbarlının xatirəsinə ithaf olunub.
Film Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında çəkilib.
Film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilib.
Rejissorlar: Ağarza Quliyev, Qriqori Braginski
Ssenari müəllifi: Cəfər Cabbarlı
Operatorlar: İvan Frolov, Əsgər İsmayılov
Rəssam: Viktor Aden
Bəstəkarlar: Niyazi, Zülfüqar Hacıbəyov
Rollarda: İzzət Orucova (Almaz), Hökümə Qurbanova (Yaxşı), Xeyri Əmirzadə (Kərim), Əlisəttar Məlikov (Barat), Ələkbər Hüseynzadə (Hacı Əhməd), İsmayıl Hidayətzadə (kənd sovetinin katibi Şərif), Panfiliya Tanailidi (Fatmanisə)