İyulun 4- də Rəmzi Zeynalov adlı şəxs Sabirabadda vəhabi olduğu üçün dindar Cavanşir Zərbəliyevin saqqalını kəsib, onu hamının gözü önündə döymüş və təhqir etmişdir. Qısa bir vaxt ərzində dindarın saqqalının kəsildiyi video sosial şəbəkələrdə yayıldı. Və cəmiyyət tərəfindən bir mənalı qarşılanmadı. Çoxları insanların dini azadlıq seçimində sərbəst olduğunu, buna görə heçkimin məsuliyyət daşımadığını desə də,sonradan ortaya çıxan bəzi detallar Rəmzi Zeynalovun bu hərəkətinə müxtəlif məna çalarları gətirdi. Xüsusən sosial şəbəkələrdə Rəmzi Zeynalovun vəhabilərlə çəkdirdiyi şəkil ortaya maraqlı bir sual çıxardı. Həqiqətən bu çəkilən bu video əvvəlcədən mi planlaşdırılmışdır? Bu Azərbaycanda dini zəmində çaxnaşma salmaq üçün bir təxribat ola bilərdimi?
Hadisədən sonra Rəmzi Zeynalov haqqında Sabirabad rayon məhkəməsində cinayət işi açıldı və həbs qətimkan tədbirləri görüldü.
Videonunun yayılmasından sonra Sabirabadda saqqalı kəsilən həmin şəxs , yəni dindar Cavanşir Zərbəliyev həmin gün yaşadıqlarını "Amerikanın səsi" radiosuna danışıb. Kanal13 həmin müsahibəni təqdim edir.
Cavanşir Zeynalov bildirib ki, o heç bir halda şikayətçi olmayıb, cinayət işinin açılmasına səbəb də həmin videonun sosial şəbəkələrdə yayılması olub. Cavanşir Zeynalov onu da qeyd edir ki, Rəmzi Zeynalov saxlanılsa da polis idarəsində ona olan münasibət fərqlidir.
Xatırladaq ki, həmin videonun yayımına qadağa qoyulub və video sosial şəbəkələrdən silinib.
© Kanal13-ə məxsus hər hansı video material yalnız
youtube.com/kanal13az və ya
youtube.com/tvkanal13 hesabına link verilməklə yayımlana bilər. Materialların loqolu və ya loqosuz başqa youtube hesablarına, saytlara və ya sosial şəbəkələrə yüklənərək yayılması qanunla məsuliyyət yaradır və şikayət ediləcək.
▌▌►Website:
http://kanal13.tv/
Facebook Official Page:
http://www.facebook.com/tvkanal13
Facebook FanPage:
https://www.facebook.com/kanal13fanclub
Twitter:
https://twitter.com/#!/Kanal13_Baku
http://www.odnoklassniki.ru/kanal13.i...
http://www.odnoklassniki.ru/kanal13.i...
VK:
http://vk.com/id197711591
Mail.Ru:
http://my.mail.ru/mail/tvkanal13/
Click & Subscribe to the main youtube Channel:
http://www.youtube.com/channel/UC_Tne...
Online Radio BakuFm:
http://baku.fm/
Facebook Official Page:
https://www.facebook.com/RadioBakuFM
© KANAL13 [ Azərbaycanın ilk peşəkar internet televiziyası ] The First Internet TV of Azerbaijan