Bakıda mövcud olmuş uşaq dəmir yolu. 10 Avqust 1947-ci ildə açılış mərasimi olmuşdur. Yolun uzunluğu 1050 metrdir. İki stansiyadan — Dədə Qorqud və Bahar, lokomotiv deposundan, tədris korpusundan, 2 TU2 teplovozundan, 6 Pafawag vaqonundan ibarətdir. Şəhriyar adına parkda yerləşmişdir. 2004-cü ildən etibarən rəsmi adı Azərbaycan Dövlət Uşaq Dəmir Yolu — ADUDY olmuşdur. 2009-cu ildə fəaliyyətini dayandırmışdır