Bakı Dövlət Universitetinin tələbələri kəsr imtahanlarının pullu edilməsinə qarşı aksiya keçiriblər. Aksiyada 1000-ə yaxın tələbə iştirak edib. Aksiyaya başqa universitetlərin tələbələri də qoşulublar. Aksiyada şəxsən Abel Məhərrəmovun göstərişi ilə də tələbələr saxlanılıb. Saxlanılan tələbələrdən Tamerlan Baxşıyev, Sübhan Qəmbər,Asif İlyasov, Taleh Səmədov və jurnalist Tural Qurbanlının adı hələlik məlumdur.