Heç kimisə qarşılıqsız sən sevdinmi ?
Ya da qarşılığı olan lakin o sevgiylə bacara bilmədinmi ?
Ayrıldınmı heç yarı yolda ?
Heç sən sevgiyə görə belə əzab çəkdinmi ?
Hər gün ağrı,acı hər gün sənə görə sıxıcı..
Hər gün darıxdınmı heç sən o gülüşü üçün ?
Onun gözləri üçün,baxışı üçün sən heç ağladınmı ?
Həyat fanidir insanlar kimi
Ömür,gün keçir karvanlar kimi
Həyatda dost da,qardaş da fani
Hətta bala da,yoldaş da fani.
Fani olmayan xatirələrdir
O heç bir zaman silinməyəndir
Əbədi həkk olur qəlbimizə
Bizimlə bir gedir qəbrimizə.
Onunçün,dostlar,mehriban olaq
İncikliyi aramıza salmayaq
Xoş xatirə qalsın qəlbimizdə
Bizə həmdəm olsun son mənzilimizdə.