Atalarımızın inancı Göy Tanrı = Göy (Gök) Tengri inancıdır. Qədim Türklərdə Tanrı sözü Tengri şəklində səslənirdi. Burada Göy (Kök, Gök) sözünün daşıdığı anlam ulu, uca, müqəddəsdir. Buna bağlı olaraq Göy Tanrı deyimi Uca Tanrı, Ulu Tanrı anlamına gəlir. Tanrı sözü bütün Türk şivə və ləhcələrində ortaq olaraq vardır. Ən aşağı 2500 illik bir keçmişi olan öz Türkcə bir Tanrı kəliməsidir. Göy Tanrının özəlliyindən söz edərkən, öncəliklə Təkdir, onun bərabəri və bənzəri yoxdur. Yaradıcıdır, bilinən bilinməyən hər şeyi o yaratmışdır, canlılara yaşam verir, istədiyini geri alır, ölüm onun iradəsinə bağlıdır. Göytürklərin savaşdan əvvəl Tanrıya dua etdiklərini yazan Çin qaynaqlarına görə, Tardu Xaq