YÜZ İL GÖZLƏYƏRDİM...
Sənsiz, hər nemətdən könlüm, gözüm tox,
Daha fərq qoymuram bala, zəhərə,
Sənsiz, fəsillərdə çox dəyişib, çox,
Axşam yağan qarda, qalmır səhərə...
Sənli yuxuları necə yozmayım?
Yuxuma gələndə gəlib, susursan
Bəzən düşünürəm: Yazm, yazmayım?
Sənə yazdığımı bilib, susursan.
Zülmət gecələri yola salsamda,
Saralmış şəklinə baxıb hər axşam,
Min sual önündə aciz qalsamda,
Ancaq, yoxluğunla barışmamışam.
Hər gün yadlaşırıq, yad var, qohum var,
Eşidən nə deyər, bilən nə deyər,
Ümidlərlə dolu, bir sabahım var,
Yamanca qorxuram, qəlbinə dəyər.
Yel kimi ötsədə hər ayım, ilim,
Mənki yaşamadım, yaş yığmaq üçün,
Yüz il gözləməyə razıyam, gülüm,
Bircə gün, səninlə yaşamaq üçün...
Azalıb İndi "bəy" olsaqda, dünənnən bəri, Əvvəlki nə sultan, nə xan azalıb, Köhnə kişilərin görünür yeri, Elə bil dayağın, arxan azalıb. *** Əyri yol hamardır, düzü görən yox, Babalardan qalmış izi görən yox, Məclisə gələndə, bizi görən yox, Böyük- kiçik sayıb, qalxan azalıb. *** Şərin qapısında, qul olub xeyir, Kimi kef-damaxda, kimi qəm yeyir, Top-tüfəngi olan, güclüyəm deyir, Qoç Koroğlu, qılınc-qalxan azalıb. *** Məhərrəm, hər anın ömürdən gedir, Qıl körpü, haqq dünya hələ öndədir, Bəndə haqqı danıb, haqsızlıq edir, Allahdan, qurandan qorxan azalıb... *** Məhərrəm Anar. 27.04.2021.
OLUB...
Zəmanə dəyişib indi çoxusun,
Bir vaxt güman yerim, sirdaşım olub
Qıymadım dırnağı daşa toxunsun,
Ağrıyan öz canım, öz başım olub.
* * *
Pencək geyinsəmdə düyməsiz, cibsiz,
Bir kəlmə yazmadım ilhamsız, təbsiz,
Dəbli tay-tuşumla böyüdüm dəbsiz,
Şükür, geyinməyə qaloşum olub.
* * *
Haqsızlığı görüb, bilib dözənlər,
Duz-çörəyi taptalayıb əzənlər,
Dar günümdə, xəlvət gendən gəzənlər,
Xoş günümdə "bacım", "qardaşım" olub.
* * *
Yoruldum bal kimi hiylə, kələkdən,
Sovruldum xırmanda, keçdim ələkdən,
Hər şeyi özümə dərd eləməkdən,
Dərd də dostum olub, yoldaşım olub.
* * *
Məhərrəm, baxsaqda haqq olan səmtə,
Özün dahi sanır, indi sərsəmdə,
Gündüzü bir təhər yola versəmdə,
Gecə vicdanımla sa
NİYƏ YAZMADIN...?
Sənsiz gecələri, səni düşündüm,
Baharımda, sanki olub qış indi,
Bilirdim, o gediş, son gedişindir,
Nə olar, kiməsə ümid, dayağsan,
Bəs niyə bir dəfə yazmadın, sağsan ?
* * * * *
Sənsiz heç bilmirəm kiməm, nəçiyəm,
Günəşsiz gündüzəm, aysız gecəyəm,
Mən ki, yalvarmadım soruş, necəyəm,
Sən ötən illərdən ən şirin çağsan,
Bəs niyə bir dəfə yazmadın, sağsan ?
* * * * *
Qara tikan üstə sərilib yerim,
Mən yazıq nə yatdım, nə yuxu görüm?
Bağ-bostan becərdim, bəhrəsin dərim,
Sən ömür bağçamdan üzülmüş tağsan,
Bəs niyə bir dəfə yazmadın, sağsan ?
* * * * *
Saraldım Arazın sağ-solu kimi,
Susuz yamacların, ot-kolu kimi,
Bəlkə dirç
VALLAH Bu dərdi nə dosta, nə yada dedim, İncidir qürbətdə mənidə Vallah. Bəzən, sənsiz ömrə əlvida dedim, İtirdim imanı, dunidə Vallah. Gümanın əlindən tutub kor kimi, Səni soraqladım, gördüm hər kimi, Sənsizlik, başıma yağdı qar kimi, Çəkilmir dumanı, çənidə Vallah. Gecədən, ümidlə çıxdım sabaha, Bir görüş, ömürlük hicrandan baha, İlləri, ayları saymıram daha, Gördüm, görmədiyim günüdə Vallah. Bir vaxt ömrüm-günüm, sirdaşım oldun, Sonra, talehimlə savaşım oldun, Dönüb, gözlərimdə göz yaşım oldun, Mənidə yandırdı, sənidə Vallah. Gülmə Məhərrəmə, Tanrıma gül ki, Sən oldun eşqimin əzəli, ilki Səndən özgəsini sevmərəm bil ki, Düzülsə qarşımda minidə, Vallah. 14.02.2021. Məhərrəm A