Предыдущая публикация
İndi "bəy" olsaqda, dünənnən bəri,
Əvvəlki nə sultan, nə xan azalıb,
Köhnə kişilərin görünür yeri,
Elə bil dayağın, arxan azalıb.
***
Əyri yol hamardır, düzü görən yox,
Babalardan qalmış izi görən yox,
Məclisə gələndə, bizi görən yox,
Böyük- kiçik sayıb, qalxan azalıb.
***
Şərin qapısında, qul olub xeyir,
Kimi kef-damaxda, kimi qəm yeyir,
Top-tüfəngi olan, güclüyəm deyir,
Qoç Koroğlu, qılınc-qalxan azalıb.
***
Məhərrəm, hər anın ömürdən gedir,
Qıl körpü, haqq dünya hələ öndədir,
Bəndə haqqı danıb, haqsızlıq edir,
Allahdan, qurandan qorxan azalıb...
***
Məhərrəm Anar. 27.04.2021.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 17