18 oktyabr mərd və cəsarətli insan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan baş çavuşu, Qarabağ müharibəsinin veteranı, Azərbaycanın Milli Qəhrəmanı İbad Mövsüm oğlu Hüseynovun doğum günüdür.
Milli Qəhramanımızı səmimi qəlbdən təbrik edirəm, Allahdan can sağlığı, firavan həyat, ailə xoşbəxtliyi arzulayıram.
İbad Hüseynov 1970-ci ildə Xocavənd rayonunda anadan olmuşdur.
Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman, İbad Hüseynov Rusiyanın Amur şəhərində yerləşən hərbi hissədə Sovet ordusunda qulluq edirdi. Burada o, Sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlilərinin öldürüldüyünü öyrənir. Hüseynov Azərbaycandan olan digər hərbçilər ilə