7 may Vətən müharibəsinin şəhidi #Elməddin Namazovun, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi #Kazım Məmmədsalahovun, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi #Pencalı Hüseynovun doğum günüdür.
Allah bütün şəhidlərimizə rəhmət etsin inşallah.
7 may hüquq üzrə fəlsəfə doktoru, 3-cü dərəcə Dövlət müşaviri və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil(Ombudsman) Səbinə Əliyevanın doğum günüdür.
Səbinə xanımı təbrik edirəm. Uca Allahdan can sağlığı, ailə səadəti, firavan həyat, insan hüquqlarının qorunması kimi müqəddəs peşəsində uğurlar arzulayıram.
Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə anadan olub. Ailəlidir, iki övladı var.
İxtisasca hüquqşünas olan Səbinə Əliyeva hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 2019-cu ilin 29 noyabr tarixində səsvermə nəticəsində Səbinə Əliyeva Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib. Bun
Bü gün gülən və güldürən Xalq artisti Arif Quliyevin anım günüdür.
Allah rəhmət etsin inşallah.
"Tufanlar, qaranlıqlar, çətinliklər içində Allah mənə bu sənəti verdi. Həyatıma əks olan obrazı seçdim - güldürmək. Mənim heç bir sənədim yox idi. Məni uşaq evinə qoyub gediblər. Orada mənə Arif deyiblər, doğum ilimi də orada yazdılar..."
Bu gün qardaş Qazaxıstan Dövləti Silahlı Qüvvələrinin yaradılması gününü qeyd edir.
7 may 1992-ci ildə Qazaxıstan prezidenti "Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin təsis olunması" haqqında sərəncam imzaladı. Beləliklə, Qazaxıstan Respublikası Dövlət Müdafiə Komitəsinin Müdafiə Nazirliyinə transformasiyası baş verdi və general-polkovnik Saqadat Nurmaqambetov ölkənin ilk müdafiə naziri təyin olundu. Muxtar Altınbayev Qazaxıstanın ən uzun müddət bu vəzifədə xidmət etmiş müdafiə naziridir. Belə ki, o, 2001-ci ilin dekabrından 10 yanvar 2017-ci il tarixinə qədər bu vəzifədə xidmət etmişdir.
Sovet İttifaqının dağılmasının ardınca, 30 iyun 1992-ci ildə Sovet Silahlı Qüvvələrinin Türküstan
7 may-Radio günüdür
Bu gün dünya elm və texnikası tarixinə radionun ad günü kimi daxil olub. 1895-ci ilin məhz bu günü rus fiziki Aleksandr Stepanoviç Popov radioəlaqənin ilk seansının həyata keçirilməsilə bağlı məruzəylə çıxış edərək dünyada ilk radioqəbuledicini təqdim etdi. 1945-ci il mayın 7-də SSRİ radionun yaranmasının 50 illiyini təntənəli şəkildə bayram etdi. Bununla əlaqədar olaraq, 7 may tarixini hər il “Radio günü” kimi qeyd etmək qərara alındı.
Müasir informasiya bumu bir neçə alim, mühəndis və texnik nəslinin, ümumiyyətlə rabitə ilə əlaqəli hər kəsin əməyinin nəticəsidir. Bu səbəbdən radio günü televiziya, radio, poçt işçiləri və radio həvəskarlarının bayramı hesab olunur.
6 may Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsi şəhidi #Azər Həsənovun, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi #Cavanşir Əhmədovun, Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, Vətən müharibəsi şəhidi #Elvin Abbasovun, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin baş matrosu, Vətən müharibəsi şəhidi #Məhəmmədəli İsmayıllının, Birinci Qarabağ müharibəsi şəhidi #Mikayıl Qasımovun, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmiş #Nurlan Qasımovun, Azərbaycan Silahlı Qüv