Milli Qəhramanımızı səmimi qəlbdən təbrik edirəm, Allahdan can sağlığı, firavan həyat, ailə xoşbəxtliyi arzulayıram.
İbad Hüseynov 1970-ci ildə Xocavənd rayonunda anadan olmuşdur.
Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman, İbad Hüseynov Rusiyanın Amur şəhərində yerləşən hərbi hissədə Sovet ordusunda qulluq edirdi. Burada o, Sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlilərinin öldürüldüyünü öyrənir. Hüseynov Azərbaycandan olan digər hərbçilər ilə birlikdə, onların vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayır. Nəticədə rəhbərlik İbad Hüseynov və aclıq aksiyasında iştirak edən dörd nəfər əsgər yoldaşını 4 ay öncədən tərxis edir.
İbad Hüseynov 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra öz doğma Xocavənd rayonuna gedir və orada yerli hərbi özünümüdafiə birləşmələri yaratmağa başlayır. Məhz bu dövrdə Dağlıq Qarabağ münaqişəsinin aktiv fazası başlayır. Ermənilər terror qrupları yaradırlar. Bu qruplar yerli Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqla seçilirdi.
Ermənilərdə regionda yerləşən sovet ordusundan və ya xaricdən alınmış yetərincə hərbi sursat, təchizat və texnika vardı. Bütün Qarabağ əhalisində olduğu kimi Xocavənd rayonu əhalisinində müdafiə üçün silah-sursatının olmadığını nəzərə alaraq, İbad Hüseynov "kəşfiyyat-diversiya dəstəsi" yaradır və erməni tərəfə keçərək, onları məhv edir. Ermənilərin çoxlu sayda hərbi silah və təchizatlarını ələ keçirməyə başlayır.
Erməni tərəfin danışıqlarını radio yaxalama vasitəsilə izləyəndə məlum oldu ki, Ağdam-Xocavənd istiqamətində erməni hərbi bölmələrinə rəhbərlik etmək üçün əraziyə "Avo" ləqəbli məşhur erməni komandiri gəlir. Azərbaycanlılar bu ləqəbin Monte Melkonyana məxsus olduğunu bilmirdilər. Onlar onu Avo kimi tanıyırdı və bilirdilər ki, ermənilər Avoya hörmət edir. O, bir neçə Yaxın Şərq müharibələrində iştirak edib, Avropada bir sıra terror aktlarının təşkilatçısı olmuşdu. Həmçinin məlum idi ki, Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biri olan Qaradağlı qırğını, Xocalı soyqrımı və digər yaşayış məntəqələrində Avo bir başa olaraq, qətliamda iştirak etmiş və erməni birləşmələrinə rəhbərlik etmişdi. İbad azərbaycanlıların tökülmüş qanı üçün qisas almağı özünə söz verir və erməni komandiri Avonun bütün hərəkət və əməliyyatları haqda məlumat yığmağa başlayır və onu məhv etməyə müvəffəq olur.[mənbə göstərin]
9 oktyabr 1994-cü ildə Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
2015-ci ildə Yeni Türkiyə Strateji Araşdırmalar tərəfindən təsis etdiyi "Şərəf" medalı Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, keçmiş Təhsil naziri və uzun illər millət vəkili olmuş Hasan Calal Gözəl tərəfindən İbad Hüseynova təqdim edildi.
2016-cı ildə Azərbaycan Qarabag Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən İbad Hüseynova "Fədai" medalı təqdim edildi.
2017-ci ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən "General Səməd Bəy Mehmandarov" adına medal İbad Hüseynova təqdim edildi.
2018-ci il aprel ayında İbad Hüseynov Türkiyənin Adana şəhərində keçirilən " Dünya Avşarlar" qurultayında , "Dünya Avşarlar Dərnəyinin" təsis etdiyi "Üstün Cəsarət" medalına layiq görüldü. Medalı Böyük Şəhər Bələdiyyəsinin rəhbəri tərəfindən qəhrəmana təqdim edildi.
2020-ci il dekabr ayının 9-da Prezident İlham Əliyev tərəfindən "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 3