Axirət evini qazan, dünyadakı nəsibini də unutmaBu nurani ayədə bir neçə nəsihət mövcuddur. Allah hər bir insanı yaradan zaman onun ixtiyarına müəyyən qədər sərmayə qoyar. İnsan ömrü də bu sərmayələrdən biridir. Mal, istedad, abır, fürsətlər, cavanlıq, müəllimlər, yaxşı dostlar - bütün bunlar Allah Təalanın biz insanlara verdiyi sərmayədir. Onlar çox dəyərli sərmayələrdir.
Bu ayə buyurur ki, siz iki yolla bu nemətlərdən istifadə edə bilərsiniz (axirət və dünya üçün). Əgər istifadə etsəniz üç hal təsəvvür olunar: biri budur ki, heç istifadə etməsinlər. Allahın sizə verdiyi bu sərmayəyə diqqət etməyəsiniz. Ola bilsin ki, insanın bu sərmayəsi olsun, lakin insan ona diqqət etməsin.Lakin bəzən in