AY İŞIĞI
Ay işığı düşdü göydən,
canımdan-qanımdan keçdi,
Gözümün içindən keçdi,
Özümün içimdən keçdi,
keçdi, dabanımdan keçdi,
Az qaldı ki,
iki yerə bölə məni,
Başımdan göyə mıxladı,
dabanımdan yerə məni,
Ha istədim,,
addım ata bilmədim...
Yanımdan adamlar keçir,
ay işığı nə vecinə?
Burax məni, ay işığı,
gedim işimə-gücümə.
Bu nə işdi, ay işığı,
niyə yolun məndən keçdi?
Hamı çaşdı, ay işığı,
görən-görən gendən keçdi.
Dedilər, dəlidi-nədi,
hərə bir ad verdi mənə.
Kimi baxıb kül elədi,
kimi baxıb güldü mənə.
...Bu mənim əlim-ayağım.
Bu ağzım, burnum, qulağım.
Kimsədən əskikliyim yox,
Yox kimsədən artıqlığım, -
burax gedim,