Cismin əziz, xəyalın özündən də əziz,
İllər ötdükcə unudulur o gözəl üzün təmiz.
Sevmədilər gözünü, dedilər, Bakıya bəsdi bir dəniz
Biraz kədər, biraz qəm və bitdi bizim hekayəmiz..
Sanki sənə yazılır bütün nəğmələr,
İllər keçər, aylar ötər.. geriyə qalan xatirəndə köhnələr
Gətirmədi nə payızlar, nə bahalar səni,
Gətirmədi nə gəmilər, nə qatarlar səni.
Mən hələ də gözlərəm o köhnə yerdə, köhnə yağışlarla,
Hər gələn gəmini yola salaram eyni baxışlarla
Bəlkə gəldin… Hələ də bəlkələrdi ümidim..
Sən gəlməz oldun.. neyləyim mən?
Uçuşur səmada xəyallar, bax,
Ayırır səni məndən uzaqlar
Axı sən demişdin ki, dəyişmərəm məsafələr artdıqca
Dəyişən nədi məndən uzaqda? (xatirələri qucaqla)