EY OĞUL1. Bismillahsız yemək yemə. 2. Sirrin varsa, əsla kimsəyə danışma. 3. Paltarın söküyünü üstündə, əynində olarkən tikmə. 4. Yaxşı adını pisə çıxaracaq davranışlardan uzaq ol. 5. Pislə yoldaş olma, peşman olarsan. 6. Daim irəli hədəfin olsun, geriyə ilişib qalma. 7. Harama meyl etmə. 8. Kimsənin payına və haqqına göz dikmə. 9. Bir şey qoymadığın yerə əl uzatma. 10. İki nəfər danışarkən, onları qıraqdan dinləmə. 11. Çörək və duz haqqını güd. 12. Naməhrəmə baxıb xəyanət etmə. 13. Dəvətsiz bir yerə getmə. 14. Gedərsənsə əmin olduğun yerə, namuslu kimsənin evinə get. 15. Sirr saxla. 16. Hər məclisdə eşitdiyin şeyləri, sözləri ağlında tut. 17. Evdən evə söz daşıma. 18. Pisləməkdən, pislikdən