Bismillah...
YARALANDIM BACI ZEYNƏB
Ələ dəsmal alıb ağla, Yaralandım bacı Zeynəb
Özün gəl yaramı bağla, Yaralandım bacı Zeynəb
***
Keçər ahum oxu daşdan, Üzüldüm qohum-qardaşdan
Atam Heydər kimi başdan, Yaralandım bacı Zeynəb
***
Əgər ki sinə dağlarsan, Yaralı görsən ağlarsan
Gəlib sən yaxşı bağlarsan, Yaralandım bacı Zeynəb
***
Peyğəmbərin gülü soldu, Əmmaməm qan ilə doldu
Mənə ölmək yəqin oldu, Yaralandım bacı Zeynəb
***
Oğul yox səsləyəm dadə, Bu gündə yetsin imdadə
Xəbər tutub gələ dadə, Yaralandım bacı Zeynəb
***
Ölüb ənsar, ələmdarım, Düşüb qolsuz ələmdarım
Sən ol mənim pənahdarım, Yaralandım bacı Zeynəb
***
Fələk aramımı aldı, Məni dərdə,qəmə saldı
Səkinə atasız qaldı, Yaralandım bac