Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Vətən uğrunda canından keçənlər əbədi yaşayırlar. Bu əbədiliyi qazananlardan biri şəhidlik zirvəsinə ucalmış Rafiq Güləhmədovdur. Rafiq Şabəddin oğlu Güləhmədov 1976-cı il noyabr ayının 17-də Siyəzən rayonunun Zarat kəndində anadan olub. 1994-cü ildə Zarat kənd orta məktəbi bitirib. 13 fevral 1995-ci ildə hərbi xidmətə çağrılıb. 1997-ci il iyul ayının 13-də Ağcabədi rayonunun Haramı düzündə Rafiq Güləhmədov xidməti vəzifəsini yerinə yetirərkən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda qəhrəmancasına şəhid olub. Allah ruhunu şad etsin, yaxınlarına səbr versin.