Yaşadığımız dünyanın içində başqa bir dünya da mövcuddur: - oğru dünyası. Bu dünyanın ayrıca qanunları, nizamnamələri, insanları (yəni, “lotular”, “avtoritetlər”, “zakonniklər”, “üzdəniraqlar” və s.), cinayətləri, cəzaları, davaları, hüquqları, əlaqələri var. Bu dünya bizim yaşadığımız dünyanın bir parçası olsa da, bir-birindən kəskin fərqlənir. İstər yaşayış, davranış tərzi, istər taleyin həyatda irəliləyənlərə açdığı yollar bu iki dünyanı bir-birindən uzaqlaşdırır, onları görünməz, sirli edir.
Bu sirlilik, görünməzlik iki dünyanın arasına anlaşılmazlıq səddi çəkir. Bəzən oğru dünyasında baş verənlər real dünyada tamamilə qaranlıq görünür, ya da əksinə... Bu dünyadan “oğru dünyası”na baxand