"Oxunmamış şeirlər"
Mənim oxunmamış şeirlərim var,
Hər bir sətirindən sevgi süzülür.
Bəxtsiz bir sevgidən yazıram ancaq,
Bütün misralara həsrət düzülür.
Gündüz yarı görüm,dərdlərim artsın,
Gəlib şeirləri gecə yazım mən.
Şeirdə xoşbəxtlik axtarmayın siz,
Olmayan birşeydən necə yazım mən?
Dərdimi varaqla bölüşürəm mən,
Bir kimsə bilsəydi çox üzülərdi.
Yaxşı ki varağın gözləri yoxdu,
Yoxsa gözlərindən yaş süzülərdi.
Həmin şeirləri kimsə görməsin,
Onsuz oxunmaqı boşdu,əbəsdi.
Kimsə dərdlərimə qoy üzülməsin ,
Hərənin öz dərdi özünə bəsdi.