Bir tacir İndoneziyaya gedir və oraya yerləşərək ticarətə başlayır. Gətirdiyi keyfiyyətli parçalar xalqın zovqünü oxşayırdı. Özü isə qənaət sahibi bir mömin olduğu üçün: " Qoy qazancım az olsun, lakin təmiz və halal olsun", - deyə düşünürdü. Buna görə də hədsiz qazanc əldə etmək üçün bir malı dəyərindən çox baha satmağa heç meyl etmirdi. Qısa zamanda zəngin olma xəyalına qapılmamışdı. Bir gün işə gec gəldi və satıcısının satdığı malı alıcıya dəyərindən baha satdığının şahidi oldu. O, satıcısından soruşdu:
- Hansı parçadan satdın?
- Bu parçadan.
- Neçəyə satdın?
- On axçaya...
- Neçə?
- Beş axçaya olan parçanı on axçaya necə satmısan? Müştərilərin h