BAŞKEÇİD OĞLANLARI
El-obaya vəfalıdı,
Baxışları şəfalıdı.
Dost yolunda cəfalıdı,
Əyilməzdir vüqarı,
Başkeçid oğlanları.
Neçə könüllər alıb,
Ürəklərə od salıb.
Haqq yolunda ucalıb.
Əyilməzdi vüqarı,
Başkeçid oğlanları.
Gülüşündən can gedər,
Dağ gedər aran gedər.
Ürəyi şan-şan gedər,
Sevərlər qonaqları,
Başkeçid oğlanları.
Məclisdə haydı bizə,
Tanrıdan paydı bizə,
Arxadı elimizə.
Əyilməzdi vüqarı,
Başkeçid oğlanları.