Bu həsrətin, möhnətin vəbalı səndən ağır,
Bir sevinc yaşamadıq çəkisi qəmdən ağır.
Hansı səmtə qaçdımsa, bütün yollar qapalı,
Hisslər əli sopalı.
Özümü ovuduram...
Səndən gələn hər nə var- ürəyimin ahıdı,
Dünəni, bu günüdü, bəlkə də sabahıdır.
Ömür şələmi artıq yükləmişəm belimə,
Yol alıram ölümə.
Ruhumu uyuduram...
Əvvəl silinib gedər ata adın, soyadın.
Sonra da sənin adın düşər yadımdan, Qadın.
Mən kimləri, nələri unutmuş daş adamam,
Bir az da boş adamam.
Səni də unudaram...
Bəlkə səni unutmaq, bəlkə bu qəmi atmaq
Özümü unutmağın içindən gəlib keçir.
Ruhumu dəlib keçir.
Görsəm ki bacarmıram səni unutmağımı,
Səni damla ba damla, səni gilə bə gilə
Özümdən soyudaram,
Beləcə qayıdaram...
Q
Bütün əlvidaların, bütün ayrılıqların himnidir bu şeir!
Mən bir gecə vurğunu, mən bir gecə düşgünü,
Mən səhra tüfeylisi, mən bir küçə düşgünü.
Hər gün tapdaladığım yollar da bezdi məndən,
Hər gün göyə açılan qollar da bezdi məndən…
Gündüzlərə sığmıram, gündüzlərə naşıyam,
Mən bir ata duası, bir ana qarğışıyam!
Sən -- ömrün gündoğanı, mən -- ömrün günbatanı,
Mənim üçün dünyada sabah yoxdu! Əlvida!
Bu da bir tale payı, bu da bir baxtdı, neynim?!
Ürək sözə baxmayan dəcəl uşaqdı, neynim?!
Yığ bütün dərdlərini, bir yarpaq saxlar suda,
Söz açma çəkdiyimdən, yeri, göyü qorxudar!
Çək əlini əlimdən, yoluxar dərdim sənə,
Günah məndədi axı sevgi göstərdim sənə…
Özündə nəsə görmə, bütün s
Ramiz Rövşən AYRILIQ
Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik,
xəbərimiz yox.
Aradan nə qədər il keçib görən, -
Tanıya bilmədim,
məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim,
məni bağışla!
"Ölmədim" deyirəm,
nə bilim axı, -
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz
ölmüşəm elə.
Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim,
nə sən indiki, -
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin
bu ayın
bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.
...Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz
ömründə min yol
Özünü öldürən
Gözlerinden öperem, dodaqlarından senin,
Şirin sözler asaram qulaqlarından senin,
Saçını oğurlayıb daraqlarından senin,
Saxlayaram cibimde, gizli-gizli qoxlaram,
Yandıraram geceler, gelirsenmi yoxlaram...
Ellerinden tutaram, bileyinden öperem,
Saçlarının gül qoxan küleyinden öperem,
Meni müqeddes bilen üreyinden öperem,
Öperem ki, bilesen men müqeddes deyilem,
Ne var menden qaçmağa, men ki qefes
Üreyimin parası, gözümün bir tikesi,
Meni yaman qorxudur dinmemek tehlükesi.
Men özündenrazının, eqoistin yekesi,
Sen zeriflik tanrısı, qadının ötesisen
Bütün xoş şeyler kimi sendemi bitesisen ?
Bu dəfə də gedim-gəlim, ayrılaq
Day, bizimki neynəsək də alınmır,
Ay həyatım, ay əcəlim, ayrılaq.
Bu sevginin nöqtəsini qoymağa,
Gəlməsə də heç cür əlim, ayrılaq..
İçimizdə son baharın "tansı"dı,
Fürsət düşüb, ayrılığın şansıdı.
Gör təqvimdə düşərli gün hansıdı..
Qırmızıla, mənim dəlim, ayrılaq.
Deyəcəyim sözü sənə qıymıram,
Bu daşlaşmış üzü sənə qıymıram,
Yol uzaqdı, düzü, sənə qıymıram,
Yorularsan, özüm gəlim, ayrılaq.
Durub-durub demə ki, "kaş olmasın".
Son görüşdü, gözündə yaş olmasın,
Elə-belə dava-dalaş olmasın..
İstəyirəm həlim-həlim ayrılaq.
Loğmanlım ey, təbiblim ey, həblim ey,
Gül ətirli, bal çiçəkli ləblim ey,
Gələn dəfə güc taparam, nəblim ey,
Bu dəfə də gedim-gəlim, ayrılaq