Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Çoxumuz atamız hələ həyatda ikən onun üzünə birdəfə belə diqqətlə baxmarıq. Ata, “ata” deməyə başladığımız gündən etibarən daima qarşımızda duran bir vərdiş, alışqanıqdır. İllərcə atamızdan deyil,bir vərdişdən bəhs edərik. Anamızdan: “Atam bu gün niyə gecikdi?” deyə soruşarıq; Qardaş, bacımıza, “Atam yenə çay istəyir” deyər və deyinərik; Bəzən “atama hansı yalanı uydursam” deyə planlar qurarıq ağlımızda. Ata hər dəfə bizə biraz uzaq, biraz yad birisi olar. Hər gün paltarlarını geyindirib yola saldığımız o “biraz” yad insanın zaman qarşısında necə əriyib getdiyinə nəzər belə salmarıq. Diqqətimizdən yayınar. Halbuki ən tez və həmişə.onun paltarları köhnələr, ən tez və həmişə onun saçları ağara