SƏNDƏN SORUŞSALAR
Səndən soruşsalar, niyə ayrıldın,Biraz qarğış elə, biraz da pislə.
O mənim sevgimə layiq deyildi,
Bütün günahları at mənim üstə.
Onun xəyalları kiçik olubdu,Vədəsi yetişib, vaxtı dolubdu,
Ürəyim əlindən vaxtsız solubdu,
Biraz da Tanrıdan yamanlıq istə.
Denən yaraşmadı, yanıma mənim,O həm dağım idi, həm də ki, çənim.
Bakirə sevgimə kəsildi qənim,
Biraz nifrət eylə yolumun üstə.
Nə qədər acığın varsa de gəlsin,Yandırar könlünü qalsa, de gəlsin,
Məni də düşünər olsan, de gəlsin,
Biraz da Allahdan ölməmi istə.