Mən dünyalar qədər sevdiyim mənim qolum-qanadım olan, daima ümid bəslədiyim kiçik qardaşımı (13.08.2014) vaxtsız və əbədi olaraq itirdim.....
QARDAŞ
Mənim əziz qardaşım ƏNVƏRƏ
Vəsiyyət etmişdim, öləndə məni,
Bükərsən əlinlə sən ağa, qardaş!....
Vəsiyyətə beləmi əməl edərlər, ey etibarsız!...
Sən qabağa düşdün, indi mən səni,
De, necə tapşırım torpağa, qardaş!...
Deyirdim ki, fələk “təpə” dərdimi,
Qayaya-daşlara səpə dərdimi.
Torpaqdan boy verən təpə dərdimi,
Döndərdin bu gün də, sən dağa, qaraş!
Çəkmişdik səninlə ağrı, acılar,
Deyirdik eynimiz bir gün açılar,
Bu gün sənin yarın, əziz bacılar,
Dönüblər saralmış yarpağa, qardaş!
Hərbi xidmətdəki əsgər oğlunu,
Dilinin əzbəri tənha oğlunu,