Molla Penah Vaqif Babat Yazib... Xublar arığından yarımaq olmaz İyidin həmdəmi gərək çağ ola Bəstə boylu gərək, mina gərdənli Zülfü siyah, var əndamı ağ ola Döşün açıb əl dəyəndə yaxaya Ağ gülün bağrına peykan toxuya Bədənindən müşki ənbər qoxuya Zülyü gərdənində bir qucaq ola Bir mayabud gərək, baldırı yoğun Sərasər ət basa dizin, topuğun Əl vuranda dura buğumbabuğum Titrəyə, quyruqdan çox yumşaq ola Hayası üzündə, əqli başında Öldürə Vaqivi gözü-qaşında Ya on üç, ya on dörd, on beş yaşında Nə ondan böyükrək, nə uşaq ola...