.! !...Deyirlər, çox dalğın olmuşam bu aralar. Fikirlərim dağınıqdı... Səmanı bəzəyən buludlar kimi. Gah orda olurlar,gah burda. Bəzən tamam gözdən itirlər,bəzənsə tamam örtürlər göy üzünü... Deyirlər, gözlərim yaman çox yol çəkir... Kimisə hey gözləyirlər. O "kimsə" gəlməyəcək bilirəm... Mən bilirəm,gözlərimsə yox... Deyirlər, unutqan olmuşam. Yəqin ki,dağınıq fikirlərimdən irəli gəlir bu da... Deyirlər,sağlamlığıma fikir vermirəm heç. Gün ərzində qabağıma yemək qoymasalar,məcbur eləməsələr yadıma belə düşməz... Deyirlər, dəyişkən olmuşam bu günlər. 1 anın içində həm gülürəm,həm kövrəlirəm. Qəribə gəlir onlara. Axı hardan bilsinlər ki,sünilikdən həmişə qaçan mən,indi süni gülüş öyrənmişəm t