Ana var bala doğur,
Ana var bəla doğur.
Bəla doğan ananı
Dərd yıxır,qəhər boğur.
Yazıq ana nə bilsin,
Bala yox,bəlası var.
Kimsəsizlər evində
Beş oğul anası var.
Ana deyib dodağı
Çat-çat olanlar da var.
Ürəyi qan ağlayıb,
Gözü dolanlar da var.
Qadın var tək istəyi
Allahdan şirin paydı.
Ana da var deyir ki,
Kaş ki,sonsuz olaydım.
Ey anasın atanlar,
Siz cənnəti atırsız.
Maraqlıdır,gecələr
Necə rahat yatırsız?
Atılmış ana dərdi,
Ürəyimi qanadır.
Hər kim olursa olsun,
Ana yenə anadır.
Dünyanı silkəliyər
Anaların ah səsi.
Kimsəsiz anaların
Allahımdır kimsəsi.
Atılsa da övlada
Xoşbəxtlikdir diləyi.
Gör nə qədər böyükdür
Anaların ürəyi.
Demir balamın əlin
Bu dünyada