Gözləri görməyən, anadangəlmə kor olan bir gənc, ana haqqında hisslərini belə ifadə edir: “Eşitdim ki, dünya gözəldir. Gündüzləri nura qərq edən günəş, gecələri aydınlığa bürüyən ay və ulduzlar, mavi dənizlər, yaşıl meşələr, uca dağlar, baharda açan rəngbərəng güllər, cəh-cəh vuran quşlar... Günəşin doğuşu da, batışı dünyaya başqa bir gözəllik bəxş edir. Ancaq mən bu gözəlliklərin heç birini görmədim. Həmişə öz qaranlıq dünyamda yaşadım. Peşman deyiləm. Heç şikayətim də yoxdur. Ancaq ürəyimi yandıran bir şey var: Anam... Kaş, bircə dəfə də olsa, onu doya-doya görə biləydim. Kaş, bircə dəfə də olsa, ona doya-doya baxa biləydim...(((((((((((