Mənim saf sevgimə qəsd edən həyat,
Sənin də qəlbini sıxar,darıxma.
Kökündən çürümüş bir ağac kimi,
Sənin də taxtını yıxar,darıxma.
Keçilmiş hasaram,uçulmuş barı,
Bir tənha gəmiyəm limandan ayrı,
Mənim ürəyimi yandıran ağrı,
Sənin də qəlbini yaxar,darıxma.
Olmusan kədərim,ürək sıxanım,
Kədər toplayanım,həsrət yığanım,
Mənim hicran dolu bu ah-fəğanım,
Sənin də sonuna çıxar,darıxma.
Sən oldun boranım,sən oldun qarım,
Ay mənim sevgisiz,vəfasız yarım,
Mənim göylərimdə çaxan ildırım,
Sənin ürəyində çaxar,darıxma...