Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Təlxəklik etmədən güldürə bilmək səni, Çörək oğurlamadan doyura bilmək Və haqsızlıq etmədən doğan günəşə, Bütün işıqlıqları içinə süzə bilmək kimi Mühacir istəklərim oldu hərdənbir, bilirsən.. İndi yaxşı niyyətlərimi Bir-bir mühakimə edib asıram Bu son olsun, bu son olsun!...
Bir gün bir şəxs İmam Әliyə (ə) dedi ki : - O qədər dərdliyəm ki, sıxıntıdan ölürəm. Həzrət (ə) buyurdu : - İki sual soruşacam cavabını verib dərmanını tapacaqsan. Adam dedi : - Soruş ya Әli (ə). Həzrət (ə) buyurdu : - Dünyaya gəldiyin zaman bu dərd səninlə birlikdəmi dünyaya geldi? Adam : - Yox deyə cavab verdi. Həzrət Әli (ə) : -Dünyadan gedərkən bu dərd səninlə birlikdə olacaqmı? Adam : - Yenə yox deyə cavab verdi. Həzrət Әli (ə) : - Səninlə birlikdə gəlməyən və gedərkəndə səninlə birlikdə olmayacaq olan bir dərd sənin bu qədər zamanını almalı deyil. Səbrli ol. Yer üzündəkilərə çox ümid bağlamaqdansa üzünü Səni yaradan Allaha Tut...