Mən bir güləm ,Zəhmətimi çək mənim. Bir çiçəyəm ,Ətrimdən çək mənim. Mən inciyəm,Qırma məni solaram . Çox incitmə ,Tikanım var yolaram. Qızılgüləm ,Ətrim var, şəfam var. Bənövşəyəm ,Qəm qüssəm var, cəfam var. Qərənfiləm ,Bağrı qana dönmüşəm. Şəhidlərin məzarındaQəm qüssədən sönmüşəm. Bir laləyəm ,Dağlar yaşar sinəmdə . Bir nərgizəm ,Jaləm çoxdur, silməm də. Mən çiçəyəm,Ürəkləri bəzərəm. Sevənlərin əllərində,Dəstə-dəstə gəzərəm. Mən bir güləm ,Ətir saçım ellərə. Bəzək olum ,Sevilən könüllərə. Mən çiçəyəm,Çiçək kimi yaşaram. Bəslə məni,.Mən də səni oxşaram.