Devalvasiya Rubl kopeek, lira kuruş gətirdi, Manat cəmi qırx gün duruş gətirdi, Şahqulu bəy yenə bayquş gətirdi Milli bankın bağrı deşmə-deşmədi, Qoyun ili hər qoyuna düşmədi... Bu bazarda tərəzi nə, mizan nə,- Pul yiyəsi, pulsuzlarla məzən nə?! Məzən olsun ay baməzə məzənnə Dollara bax, bığı eşmə-eşmədi Qoyun ili hər qoyuna düşmədi... Valyutanın həmləsinə bankı mat, Təmtərağı, top-tüfəngi, tankı mat, Baxıb bic-bic hırıldayır bankomat Bu islahat göy qazanda bişmədi Qoyun ili hər qoyuna düşmədi... Noolsun ki, hər bankda bir qoçu var, Bu millətin nə günahı, nə suçu var, Hər keçiddə köç azdıran keçi var, Bu tələdən kimlər gəlib keçmədi Qoyun ili hər qoyuna düşmədi...