Səhabələrdən biri hər sübh namazına gələrkən
namazı qılıb tez çıxarmış, Rəsulullah (sallallahu
aleyhi və səlləm) bir gün bu səhabəyə deyir ki,
sən niyə hər gün sübh namazın qılıb tez çıxıb
gedirsən? Heç zikr etməmiş durub gedirsən.
Səhabə deyir ki, ey Allahın Rəsulu! Mənimlə
zövcəmin bir əbamız (geyimimiz) var, mən tez
namazı qılıb gedirəm ki, evdə zövcəm də paltarı
geyinib namazını qılsın. Rəsulullah (sallallahu
aleyhi və səlləm) o səhabəyə bir əba verir və
deyir ki, apar ver zövcənə, o da geyinib evdə
rahat namazını qılsın və sən də namaza rahat
gəl-get. Səhabə geyimi zövcəsinə gətirir və deyir:
götür bu geyimi, Allah Rəsulu verdi. Zövcəsi
deyir: sən Allahdan Allahın Rəsulunamı şikayətmi
e