Kəbəyə sordum səni. “Əli oğlumdur” dedi,
Onun gözü eynullah, yəni Allahın yədi.
Bütlər yerə sərildi, yədullahın əliylə,
Sirlər aşikar oldu, haqq söyləyən diliylə.”
Cəbrailə sordum, dedi: “La fəta mütləq Əli,
Həm mənim, həm aləmin əmiri Mövla Əli.”
Bir də Zülfüqara, mən, soruşum, dedim səni,
Dedi: Zülfüqar edən Əli əlidir məni.”
Əqlimə sordum səni, dedi: “Çaşmışam, çaşmış,
Məni divanə edən, onun eşqidir, aşmış.
Könlümə sordum səni, “Sevincim Əli” dedi,
Vicdana sordum səni, “Qürurum Əli” dedi.
Səni arifə sordum, dedi: “Ürfan Əlidir.”
Səni möminə sordum, dedi: “İman Əlidir.”