Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Tarixdə baş vermiş bəzi hadisələr mahiyyəti etibarilə zaman və məkanın fövqündə dayanıb, hər bir dövrü üçün aktual olur. İllər, əsrlər keçdikcə də öz aktuallığını itirmir. Zamanın fövqündə durmağı isə yalnız və yalnız şəxsiyyətlər bacarır. İnsan öz əməli, gördüyü işlə zaman məfhumundan kənara çıxa bilir. Belə tarixi şəxsiyyətlərdən biri də 14 əsr əvvəl yaşamış İslam dünyasının böyük şəxsiyyətlərindən biri, sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (ə) əziz nəvəsi Həzrət İmam Hüseyn (ə) olmuşdur.
"Mənim mübarizəmin məqsədi cəddim Məhəmmədin ümmətini haqq yoluna yönəltməkdir..." deyib mübarizəyə qalxdı İmam Hüseyn! İlahi dəyərləri gələcək nəsillərə olduğu kimi çatdırmaq, din adından sui-istifa