ŞƏHİD ATASI. Allah Şəhidlərimizə Rəhmət Eləsin!
Bir ata naləsi sarsıtdı məni,
Fəryadı,harayı qəlb dağlayırdı.
Bayrağa bükülmüş Şəhid balasın,
Sıxıb ürəyinə qan ağlayırdı.
Bədəndən ayrılıb qopmuşdu canı,
Dağılıb,çökmüşdü qəlb xanimanı.
Lərzəyə salırdı səsi cahanı,
Bağrının başına daş bağlayırdı.
Sönmüşdü evinin yanar çırağı,Boş qalıb yuvası,isti ocağı.
Didirdi icini bir oğul dağı,
Hönkürür,inləyir,can oxlayırdı.
Dağ da əriyərdi görsə bu anı,
Atanın oğluyla vida zamanı,
Göylərə qalxırdı,ahı,fəğanı,
Sarılıb tabuta əl saxlayırdı.
Müəllifi:XATİRƏ HƏSRƏT.(Göyçə-Cil)