Məhəmməd Peyğəmbər (s.ə.s):«Allah-Təala Musa ibn İmrana belə buyurmuşdur: Paxıl olan insan, əslində, Allahın nemətlərindən narahatdır. Yəni o, Allahın verdiklərinə naşükürlük edir. Paxıl insan həm də Allahın bəndələri üçün böldüyü qismətə etiraz edir».
İmam Sadiq (ə):«Tamah saldığı şeyə görə, yaxud nədənsə qorxduğu üçün, nəyəsə meyil saldığına görə, yeyib-içməyə görə səni istəyən kəslə qardaşlıq etmə. Təmiz nəfsli, saf niyyətli insanla qardaşlıq etməyə çalış. Hətta əgər onları axtarmaq üçün yerin dərinliklərinə daxil olmalı və ömrünü bu yolda sərf etməli olsan belə!».
İmam Rza (ə):«Uşağa göstəriş verin ki, sədəqəni, hətta bir tikə çörək və ya bir ovuj şey olsa belə, öz əli ilə versin. Çünk