Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Bir mesum Ananin canina qiydin...____________________________ Mən sənə asiyəm bu gündən, dünya. Sən mənim canımın canına qıydın. Minlərlə ölümə həsrətli varkən. Bir məsum Ananın canına qıydın.______________________________ Hanı haqq divanın,hanı tərəzin? Bəlkə de mənimlə vardır qərəzin.? Qulunam,kölənəm budur əvəzin ? Bir məsum Ananın canına qıydın._______________________________ Gözlərim gözünə qalıbdır həsrət. Qəlbimi bürüyüb qaranlıq,zülmət. Səninçin budurmu ali ədalət ? Bir məsum Ananın canına qıydın.________________________________ Nəvənin toyunu görmədi,getdi. Gəlinlik hörüyün hörmədi,getdi. Doyunca bir ömür sürmədi,getdi. Bir məsum Ananın canına qıydın.________________________________