Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Yaxşıya yaxşı demək vicdan borcudur. O, həm də nümunəvi icra başçısıdır. Vicdanımın səsinə qulaq asıb bu yazını yazıram.Rayonumuza gələn gündən insanlara xoş münasibət göstərir, eyiblərimizə göz yumur, yaxşı cəhətlərimizi bayraq edib hər yanda yardımlıların şəninə gözəl sözlər söyləyir. Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmovu deyirəm. Yardımlı müstəqil inzibati ərazi vahidi(rayon) kimi təşkil olunduğu gündən indiyədək çox insan rəhbərlik edib bu rayona. Onlardan Səfər Verdiyev, Rəfiqə Məmmədova kimi işgüzar rəhbərlərin adları bu gün də ehtiramla yad olunur, lakin Sevindik müəllimi sələflərindən fərqləndirən başlıca cəhətlərindən biri də ona hakim