Ələ dəsmal alıb ağla,Yaralandım bacı zeynəb.Özün gəl yarəmi bağla,Yaralandım bacı Zeynəb.Keçər ahım oxu daşdan,Üzüldüm Qovmi-qardaşdan,Atam Heydər kimi başdan,Yaralandım bacı Zeynəb.Əgər ki,sinə dağlarsan,Yaralı görsən alarsan,Gəlib sən yaxşı bağlarsan,Yaralandım bacı Zeynəb. Peyğəmbərin gülü soldu,Əmmaməm qan ilə doldu,Mənə ölmək yəqin oldu,Yaralandım bacı Zeynəb.Oğul yox səsləyəm dadə,Bu gündə yetə imdadə, Xəbər tutub gələ dadə,Yaralandım bacı Zeynəb. Ölüb ənsar Ələmdarım, Düşüb qolsuz Ələmdarım, Sən ol mənim pənahdarım, Yaralandım bacı Zeynəb. Fələk aramımı aldı, Məni dərdə qəmə saldı, Səkinə Atasız qaldı,Yaralandım bacı Zeynəb. ALLAH LƏ'NƏT ETSİN CƏMİ YEZİDLƏRƏ